BƏRDƏ RAYON TARİX-DİYARŞÜNASLIQ MUZEYİ TƏRƏFİNDƏN BEYNƏLXALQ MUZEYLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ.-VİDEO

Tv9.Space Arantv.az-a istinadla bildirir ki, 18 May Beynəlxalq Muzey Günü dünyanın bir çox ölkəsində qeyd olunur. Bu münasibətlə Bərdə rayonunda Tariximizi Qoruyaq adlı tədbir keçirilib.Tədbir Bərdə rayonunun Nüşabə Türbəsində qarşısinda təşkil olunmuşdur. Tədbirdə Bərdə şəhər İcra Hakimiyyətinin təhsil, mədəniyyət şöbələrinin nümayəndələri, məktəblilər və rayonda fəaliyyət göstərən qeyri hökümət təşkilatları da iştirak ediblər. Tədbirdə Azərbaycan xalqının folklor, məişət və sənətkarlığını tərənnüm edən maddi mədəniyyət nümunələrindən ibarət dekorasiyada təşkil edilmişdir. Dekorasiya tədbir iştirakçıları tərəfindən xüsusilə maraqla və diqqətlə qarşılandı. Tədbirin təşkilatçısı Diyarşünaslıq muzeyinin direktor köməkçısı Mehriban Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirirdi ki, Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeyləri tanıtmaqdır. Və 1993-cü ildən Azərbaycanda da bu gün qeyd olunur. Mehriban Əliyeva onuda qeyd etdi ki Beynəlxalq Muzeylər Şurasının Azərbaycan milli komitəsində 39 muzey, 15 təşkilat, 100 üzvün fəaliyyət göstərdiyini bildirdi. Çıxış edənlər muzeylərin yaranma tarixi və onların qorunub saxlanılması əhəmiyətindən danısdılar bildirdilərki son illər Azərbaycanda turizm və muzeyçilik ənənələri nəzərəçarpacaq şəkildə inkişaf edib. Dünyanın hər yerindən ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Turizmin inkişafını mədəniyyətin xəzinəsi sayılan muzeylərsiz təsəvvür etmək çətindir. Turizm inkişaf etdikcə, muzeylərimizdə də bir canlanma, oyanış hiss olunur. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir. Qeyd olundu ki, bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Daha sonra məktəblilər nümayiş etdirdikləri səhnəciklər, mahnılar, rəqslər böyük maraqla qarşılandı. Məlumat üçün bildirək ki, Zəngin eksponatlara malik Bərdə tarix Diyarşünaslıq Muzeyində daş dövründən bu yana XIX-XXI-ci əsrlərə qədər dövrü əhatə etməklə 3100-ə qədər tarixi eksponat toplanıb. Burada ən qədim eksponatın 3500 yaşı var. Bu da daş dövrünə aid daşdan hazırlanan əmək alətidir. Arxeoloji qazıntılar zamanı tapılmış bir çox əmək alətləri, misgərlik nümunələri, saxsı qablar, III-V əsrlərə aid Sasanilər dövründə zərb edilmiş dəmir pullar, e.ə. aid şüşə parçaları Bərdənin qədim tarixini özündə yaşadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.000webhost.com