Faiq Ağayev Əflatun Amaşova müraciət etdi: “hərcmərlik, süni ayrıseçkilik…”

Ötən gün jurnalist Azər Həsrətin sosial şəbəkədə yazdığı status qalmaqala səbəb olub.


tv9.space xəbər verir ki, onun “Bakıda klublarda daha çox gözə dəyən uşaqlar rus məktəblərində oxuyanlardır. Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir” fikirləri sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.

Azər Həsrəti tənqid edənlər arasında xalq artisti Faiq Ağayev də olub. Sənətçi bu məsələ ilə bağlı Əflatun Amaşova müraciət edib:

“Adam nə qədər “primitivçiliy”in dibinə düşübsə, çabalamağını “mücadilə” hesab edir. Sayqıdəyər Əflatun Amaşov, yalançı vətənpərvərlik nümunəsi olan bu ziyanlı yazını, hərcmərlik, süni ayrıseçkilik, cəmiyyətimizdə aqressiv qarşıdurmaya səbəb ola biləcək bu təhlükəli böhtanı söyləyən şəxs – Azər Həsrət – iddia etdiyi kimi, başçılıq etdiyiniz Azərbaycan Mətbuat Şurası İdarə Heyyətinin üzvüdür. Siz həm də Azərbaycan Respublikası Milli Məclisinin deputatısınız. Qeyd etdiyim üzqaraldan bəyanat barədə mövqe bildirməyinizi sizdən rica edirəm”.big.az

Faiq Ağayev Əflatun Amaşova müraciət etdi: "hərcmərlik, süni ayrıseçkilik..."

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.000webhost.com