Ayan: “İndi müğənni və aparıcıları almaq daha yaxşıdır, çünki…”

Türkiyədə tanınan müğənnilərimiz var: Üzeyir Mehdizadə, Şəbnəm Tovuzlu, Günel Zeynalova. Onları müğənni kimi özlərini yox, mahnılarını tanıyırlar. Küçəyə, alış-veriş mərkəzinə çıxanda eşidirsən mahnılarını. Bunu nəzərdə tutub deyirəm ki, sima olaraq bizim müğənniləri Türkiyədə tanımırlar.
tv9.space axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “X maqazin”ə açıqlamasında deyib. O, ifaçılarımızın Türkiyədə tanınmadığından gileylənib.

Uzun müddətdir Türkiyədə yaşayan Ayan oradakı biznesini açıqlayıb:

“Dırnaq düzəldən salonum və daşıma şirkətim var”.

Sevgidən danışan Babakişiyeva “Ağlamaq istəyəndə gecəni gözləmirəm. Niyə gecəni hüzünlənmək üçün gözləyirsən? Gecəni sevilmək üçün gözləyin, mən də onun üçün gözləyirəm” deyə, sözlərinə əlavə edib.

İfaçı ikinci dəfə ana olmaq istədiyini də gizlətməyib:

“40 yaşımda özümü ailəmin, həyat yoldaşı və övladlarımın yanında görmək istəyirəm. Selenaya ya bacı, ya qardaş istəyirəm. Onun tək qalmasını arzulamıram. Övladımın müğənni olmasını istəmərəm. Ona görə yox ki, pis sənətdir. Hazırda qardaşıma qız axtarıram. Yaşı yaşına uyğun ərə gedib boşanmış da, övladı da olan ola bilər. İndi müğənni və aparıcıları almaq daha yaxşıdır, çünki həyatımız ortadadır. Arxivimiz hamıya bəllidir”.

Ayan “Əks cinsin nümayəndəsi olsan nə edərdin” sualına “Aygün Kazımovanı sevərdim” cavabını verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.000webhost.com