Məşhur türk aktrisasının babası azərbaycanlı imiş – FOTOLAR

“Kiralık aşk” serialındakı “Neriman” obrazı ilə tanınan aktrisa Nergis Kumbasar ötən gün yenidən Bakıya gəlib.

Çəkildiyi “Çat Kapı Aşk” filminin qala gecəsi üçün paytaxta gələn aktrisa Bakını çox bəyəndiyini söyləyib.

O, filmin mətbuat konfransında Bakıyla bağlı fikirlərini bölüşərkən babasının azərbaycanlı, nənəsinin isə rus olduğunu etiraf edib.

“İlk dəfə işlə əlaqəli burada olmuşam. İkinci dəfə qızım və yaxın rəfiqəmlə tətil üçün gəldik. İndi də qala üçün gəlmişəm. Hər dəfəsində Bakı o qədər xoşuma gəlir ki, bütün dostlarıma, yaxınlarıma bura gəlməyi məsləhət görürəm. Paytaxtın mənə bu qədər doğma gəlməsi təsadüfi deyil. Çünki babam azəri, nənəm isə rus olub. İnsanlarınız olduqca mehribandırlar”.

Məşhur türk aktrisasının babası azərbaycanlı imiş - FOTOLAR
Məşhur türk aktrisasının babası azərbaycanlı imiş - FOTOLAR
Məşhur türk aktrisasının babası azərbaycanlı imiş - FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.000webhost.com