Kürəkəninin hədiyyəsi Dilarəni kövrəltdi – Foto

Bir müddət öncə əməkdar artist Dilarə Əliyevanın böyük qızı Aytən Sadiq Qurbanlı adlı şəxslə nişanlanmışdı.

Aktrisa bu barədə Axşam.az-a danışaraq kürəkənindən razı olduğunu dilə gətirib:

“Kürəkən ürəyimcədir, çünki çox mədənidir. Mən qızımı necə sevirəmsə, kürəkənim də elə sevir. Hər zaman dua etmişəm ki, qızlarımın ailə quracağı adam təhsilsiz, imkansız da olsa, kübar olsun. Sadiq Fransa da təhsil alır. Çox diqqətcildir. Ötən doğum günümdə yoldaşımla İstanbula getdik. Otelə qayıdanda gördük ki, otaqda xeyli gözəl gül, yanında hədiyyə, meyvə və şokoladlar var. Əvvəl elə bildim ki, bunu oteldən ediblər. Sonra fikirləşdim ki, otel bunu etməz. Çaşıb qaldıq, daha sonra bildik ki, hədiyyə kürəkənimdəndir. Sevincdən kövrəldim, gözlərim yaşardı”.

Qeyd edək ki, D.Əliyeva “SOY Production”ın rəhbəri Oktay Əliyevlə ailəlidir. Cütlüyün iki qızı var.

Kürəkəninin hədiyyəsi Dilarəni kövrəltdi - Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.000webhost.com