34 yaşlı müğənni doğuş zamanı infarkt keçirdi – FOTO

34 yaşlı müğənni övladını dünyaya gətirərkən infarkt keçirib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, rumınyalı müğənni Andreya Beyln (Andreea Balan) özəl xəstəxanada doğum edərkən ölümlə üz-üzə gəlib.

İnfarkt keçirən müğənni 20 saat müddətində özündə olmayıb. O, həkimlərin səyi nəticəsində özünə gətirilib.

Hadisə mart ayının 4-də, Buxarestdəki özəl xəstəxanada baş verib. Clara Maria adını verdiyi övladını dünyaya gətirən müğənni sonradan mətbuata açıqlama verib. O, sağalmasını “möcüzə” adlandırıb.

Aktyor George Burcea ilə ailəli olan müğənni: “mən ölə bilərdim, övladıma da nəsə ola bilərdi. Möcüzə baş verdi və həkimlər mənim həyatımı xilas etdi”, – açıqlamasında söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.000webhost.com